Qarpız satışa çıxdı - qiymətlər

Day.Az представляет новость на азербайджанском языке

Artıq yerli qarpız bazarlara axın etməyə başlayıb. Qiymətlər isə 50 qəpikdən başlayır 80 qəpiyə qədər yüksəlir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, alıcılardan yeni qarpızın dadının yerində olduğunu deyənlər də var. Ancaq əksər alıcılar qarpızın mövsümünün hələ irəlidə olduğunu əsas gətirərək qarpız almırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev bildirdi ki, öncədən ilk qarpız Azərbaycana İran və Türkiyədən gətirilirdi. Ancaq artıq yerli məhsullar bazarda əsas rol oynayır. 

Xidmət rəisinin sözlərinə görə, sahələrdə qarpızlar qurumun əməkdaşları tərəfindən yoxlanılır və satışına icazə veriləndən sonra bazarlara çıxarılır. Buna görə vətəndaşlar rahatlıqla qarpız alıb yeyə bilərlər. Ancaq qarpızın kəsildikdən sonra bir sutka ərzində dərhal istehlak edilməsi tələb olunur. Əks halda müəyyən sağlıq problemlərə səbəb ola bilər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Qarpız satışa çıxdı: QİYMƏTLƏR