Kənanla Pərvin sevgilidir? - Aygündən açıqlama
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Aygün Mahmudova rejissor həyat yoldaşı Kənan M.M.-lə aktrisa Pərvin Abıyeva arasında yayılan şayiələrə cavab verib.
Day.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, ərinə ləkə yaxmağa çalışırlar.
İfaçı Kənanla Pərvinin sevgili olma xəbərlərini onları sevməyənlərin yaydığını deyib:
"Aktrisanı rejissor filmə çəkir. Rejissor öz aktrisasına pis gözlə baxarsa, Allah ona elə pis gözlə baxar. Bu sözləri şişirtmək ayıbdır. Şişirdənlər günah qazanırlar. Ramazan ayında bu günahları hara yığırlar bilmirəm. Tamamilə yanlış düşüncələrdir. Hər zaman ortada əxlaqsızcasına hərəkət edən kişilərimiz olub. Amma ağır təbiətli bir insana bunu yönləndirmək olmaz. Kənan barəsində nələr danışırlar... Pərvinlə o qədər gözəl münasibətim var ki... Bir-birimizin evinə gedib-gəlirik.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре