"İnsanlara hər zaman maraqlı olacaq ki, Röyanın sevgilisi kimdir?"

Day.Az представляет новость на азербайджанском языке

İnsanlara hər zaman maraqlı olacaq ki, Röyanın sevgilisi kimdir? Yoxdur, hələ axtarışdayam.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Müğənni özünü türkiyəli ifaçı Ajda Pekkanla müqayisə edib:

"Röya qocalıb. Adama deyərlər, get otur evdə. Mənim ayaqlarım Ajda Pekkanınkı kimi dayanıb. İndi meydan gənclərindir. Gəlirlər ey, ay Röya, getdin".

Röya filmə çəkiləcəyini də söyləyib:

"Filmlə bağlı İlham Qasımovdan məlumat alın. Heç nə deyə bilmərəm. Mən komediya filmində oynamaq istəmədim. Ona görə də burada dedektiv, drama var. İranlı rejissor Babəklə çalışacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: