"Formula 1"də Bakıda işıqforlar söndürüləcək küçə və prospektlər

Day.Az представляет новость на азербайджанском языке

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtımızda keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 19-26 iyunun tarixlərində aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

Day.Az bildirir ki, BNA-dan verilən məlumata görə, "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilən yol kəsişmələri bunlardır:

- Azərbaycan prospekti - Əziz Əliyev küçəsi;

- Əziz Əliyev küçəsi - Neftçilər prospekti;

- Bülbül prospekti - Neftçilər prospekti;

- Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi;

- Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi;

- Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti;

- Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi;

- Bülbül prospekti - Üzeyir Hacıbəyov küçəsi;

- Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti;

- Bülbül prospekti - Zərifə Əliyeva küçəsi;

- Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti;

- Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi;

- Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi;

- Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi;

- Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi;

- Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsi.

"Sarı döyünən işıq" siqnal əmri tətbiq edilən yol kəsişmələri isə bunlardır:

- Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi;

- Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi;

- Bülbül prospekti - 28 May küçəsi;

- 28 May küçəsi - Aleksandr Puşkin küçəsi;

- Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi;

- 28 May küçəsi - Keykab Səfərəliyeva küçəsi;

- 28 May küçəsi - Rixard Zorge küçəsi;

- Səməd Vurğun küçəsi - Üzeyir Hacıbəyov küçəsi;

- Bünyad Sərdarov küçəsi - Səid Rüstəmov küçəsi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.