İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapıldı

Day.Az представляет новость на азербайджанском языке

İyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib.

Day.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17 ədəd, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla ümumilikdə 30 ədəd çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki 2 ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Bu şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.

 

A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, Balakən RPŞ-də fakta görə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3 -cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.