10 yaşlı proqramçı dünyanı şoka saldı - 6 yaşından sayt yığır

Day.Az представляет новость на азербайджанском языке

"Apple" firmasının keçirdiyi konfransda dünyanın dörd bir yanından 5 mindən çox proqramçı iştirak edib.

Day.Az xəbər verir ki, konfransın ən kiçik iştirakçısı Avstraliyanın Melburn şəhərində yaşayan 10 yaşlı Yuma Soerianto olub.

10 yaşlı Yumanın bu günə qədər 5 proqram yığdığı deyilib. Həmçinin kiçik proqramçının "Youtube" sosial şəbəkəsində istifadəçilərə proqram yığmağın sirrlərini öyrətdiyi kanalı da var.

6 yaşından proqram və sayt yığmağa başlayan Yumo çoxsaylı proqramlaşdırma oyunları izlədiyini deyib.

Yuma öz üzərində işləyərək gələcək üçün dünyada inqilab yaradacaq proqramlar hazırlamaq istədiyini qeyd edib. (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.