"İlin əvvəlindən Azərbaycanda 30 mindən çox adam işlə təmin edildi"

Day.Az представляет новость на азербайджанском языке

2017-ci ilin yanvar-may aylarında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları 31,3 min adamı işlə təmin edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, həmin dövrdə 58 mindən çox adam isə peşəkar hazırlıq və tədris kurslarına göndərilib.

S.Müslümov qeyd edib ki, işə düzəldilən insanların üçdə bir hissəsinə yaxını (10 758 nəfər) Gəncə-Qazax iqtisadi rayonunda işlə təmin edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.