https://news.day.az/azerinews/908135.html Xoşqədəm efirdə əsəbləşdi: "Mənə hələ bu sözü deyən olmamışdı" - VİDEO Day.Az представляет новость на азербайджанском языке Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə danış" verilişində maraqlı anlar yaşanıb. Day.Az baku.ws-yə istinadən xəbər verir ki, verilişə gələn bir xanım Xoşqədəmdən ona "pul atan" şəxsi tapmağı xahiş edib. Bu sözlər aparıcını əsəbləşdirib.

Xoşqədəm efirdə əsəbləşdi: "Mənə hələ bu sözü deyən olmamışdı" - VİDEO

Azərbaycanca, 21 июня 2017 12:10 (UTC +04:00) 2 363
Xoşqədəm efirdə əsəbləşdi: "Mənə hələ bu sözü deyən olmamışdı"

Day.Az представляет новость на азербайджанском языке

Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə danış" verilişində maraqlı anlar yaşanıb. 

Day.Az baku.ws-yə istinadən xəbər verir ki, verilişə gələn bir xanım Xoşqədəmdən ona "pul atan" şəxsi tapmağı xahiş edib. Bu sözlər aparıcını əsəbləşdirib.
 
Aparıcı ilk dəfədir ki, bu cür müraciətlə rastlaşdığını söyləyib: "Ay xanım, bunun üçün polis var. Azərbaycanda həmin adam 20-dən çox insana "pul atıbsa" hüquq mühafizə orqanlarına müraciət edirsiniz. Türk vətəndaşıdırsa, pul əldən getdi. Siz Instagram-da tanış olduğunuz bir insana inanıb pul verirsiniz, amma qapınıza gələn Fatmanisə gəlib 100 manat borc ver desə, deyəcəksiniz ki, pulum yoxdur. Bizim problemimiz odur ki, inandığımız insan qarşımızda dayanıb. Amma biz fırıldaqçıya etibar edirik. Siz mənə deyirsiz ki, Türkiyədə oğluma "pul atan" adamı tapın".
 
Xoşqədəmin sozlərinə görə, ona hər şeylə bağlı müraciət ediblər, amma "pul atanı" tap deyən olmamışdı: "Hüquq mühafizə orqanlarına müraciət edin. Mən sizə doğru yolu göstərdim".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Xoşqədəm efirdə əsəbiləşdi:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости