https://news.day.az/azerinews/910269.html Masallıda ağır qəza: ana və oğlu öldü, yaralılar var - YENİLƏNİB Day.Az представляет новость на азербайджанском языке ---------- 10:07 Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Masallıda ağır qəza: ana və oğlu öldü, yaralılar var - YENİLƏNİB

Azərbaycanca, 29 июня 2017 10:07 (UTC +04:00) 1 079
Masallıda ağır qəza: ana və oğlu öldü, yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

----------
10:07

Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Day.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində "Mercedes" markalı yük avtomobilinin "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin, 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 06:30-da başa çatıb.

----------
09:24

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, "Shagman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B.Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.

Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости