Azərbaycandan Səudiyyə Ərəbistanına sərmayə layihələri paketi ilə bağlı TƏKLİF

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Səudiyyə Ərəbistanına investisiya layihələri paketini təklif edəcək. Day.Az bildirir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib. Təkliflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qarşıdakı iclası zamanı təqdim olunacaq. Sayca 5-ci olan iclasın Bakıda oktyabrda keçirilməsi nəzərdə tutulur.

Mənbənin verdiyi məlumata görə, təkliflər nəqliyyat, aqrar, tikinti və İKT sektorunu əhatə edir.

Layihə ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana böyük nümayəndə heyətinin səfəri gözlənir. Nümayəndə heyətinə dövlət strukturlarından, elecədə özəl sektordan nümayəndələr daxildir.

Hazırda hər iki tərəf ticari-iqtisadi və sərmayə münasibətlərinin inkişaf etdirilməsi üzərində iş aparırlar.

 

Qeyd edək ki, bu ilin sentyabr ayında "Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanından Azərbaycana birbaşa aviareyslər açmağı planlaşdırır. Bu, Səudiyyə Ərəbistanında Azərbaycana gələn turistlərin artıracaq, eləcədə Səudiyyə Ərəbistanına ziyarət etmək istəyən Azərbaycan vətəndaşları üçün gözəl imkan yaradacaq. Ümumiyyətlə son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana böyük turist axını müşaidə edilir.

Hökümətlərarası komissiyanın iclasının yekunlarına əsasən kənd təsərrüfatı, səhiyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, tikinti, sosial təminat, media və başqa sahələri əhatə edən protokolun imzalanması planlaşdırılır.

Azərbaycan dövlət gömrük komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 2017-ci ilin yanvar-iyun ayları ərzində mal dövriyyəsi 6,05 milyon dollar təşkil edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.