Depressiya kişi və qadınlara müxtəlif təsir göstərir

Day.Az представляет новость на азербайджанском языке

Böyük Britaniyanın Kembric Universitetinin alimləri depressiyanın kişi və qadınların beyinlərində özünü müxtəlif formalarla büruzə verdiyini müəyyən edib, bunun səbəblərini açıqlayıblar.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, aparılan tədqiqatlar nəticəsində yeniyetmələrin depressiyanı cinsiyyətdən asılı olaraq müxtəlif formalarda keçirdikləri və bu səbəbdən hazırlanan xüsusi müalicə üsullarının yalnız keçid dövründə olanlara müsbət təsir göstərdiyi bəlli olub.

 

Tədqiqatlar göstərib ki, 15 yaşlılar arasında qızlar oğlanlara nisbətən depressiyadan daha çox əziyyət çəkirlər. Alimlərin fikrincə, bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən bir neçəsini - bədənin formalaşması zamanı baş verən dəyişikliklər, hormon dəyişiklikləri və ya genetik faktorları misal çəkmək olar. Elm adamları qeyd ediblər ki, oğlanlara nisbətən qızlarda genetik faktorlar daha çox özünü büruzə verir. Lakin kişilər də depressiyaya qarşı çox həssasdırlar. Belə ki, qadınlara nisbətən kişilərdə depressiya 10-15 faiz daha uzun müddət davam edə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.