Bakıda ağır qəza, ölən var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Day.Az Lent.az-a istinadən xəbər verir ki, dünən saat 15:20 radələrində Xəzər rayon Mərdəkan qəsəbəsində "VAZ 2109" markalı, 10 DX 642 dövlət qeydiyyat nişanlı avtomobil yaşlı qadını vurub. 

Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.