NATO baş katibi Almaniya və Türkiyəyə çağırış edib

16 июля 2017 11:01

Day.Az представляет новость на азербайджанском языке

NATO baş katibi Yens Stoltenberq rəsmi Ankaranın alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoymasından narahat olduğunu bildirib.  

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Alyans sədri Yens Stoltenberqin Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşündən sonra NATO nümayəndəsi bildirib.

 

"Ümid edirik ki, Almaniya və Türkiyə, səfərin hər iki tərəf üçün münasib olan tarixini razılaşdıra biləcəklər", - deyə NATO nümayəndəsi bildirib.
 
NATO-nun narahatlığı Almaniya hərbi kontingentinin Konyadakı bazadan mümkün çıxarılmasından narahatdır.
 
Qeyd edək ki, keçən bazar  Almaniyanın 260 nəfərdən ibarət hərbi kontingentinin "İncirlik" bazasından çıxarılması prosesinə başlanılıb. Rəsmi Ankara isə alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoyub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.