Məşhur model Türkiyəni tərk edir - FOTO

Day.Az представляет новость на азербайджанском языке

Braziliyalı model Adriana Lima ilə türk yazar sevgilisi Metin Haranın Bodrum tətili başa çatıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, cütlük İstanbula qayıdarkən görüntülənib. Lima ilə Hara qaldıqları məkanın işçi heyəti ilə xatirə fotosu çəkdiriblər. Hava limanında yoxlanılan əşyalar sırasında Metinin braziliyalı modelə aldığı boyunbağı diqqət çəkib. 

 

Lima media nümayəndələrinə "Gələn il yenə gələcəyəm. Ömrümün ən gözəl 5 gününü keçirdim. Hamınıza təşəkkür edirəm" deyib. Adriana İstanbulda 3 gün qaldıqdan sonra dəfilədə iştirak etmək üçün Londona gedəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.