Səidə Zülfüqarova Parisdə çıxış edəcək

Day.Az представляет новость на азербайджанском языке

İyulun 19-da və 26-da Parisin Paul Rey Teatrında "Bütün istiqamətlərdə musiqilər" adlı konsert proqramı təqdim olunacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, konsertdə Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) və Səidə Zülfüqarova (piano) çıxış edəcək. Adları qeyd olunan musiqiçilərin iştirakı ilə "Bütün istiqamətlərdə musiqilər" adlı konsert proqramı iyulun 5-də və 12-də də keçirilib.

 

Konsertdə C. Kaççini G.Hendel, L.Betxoven, A.Rubinşteyn, P.Çaykovski , C.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.