"Mercedes"lə toqquşan "Niva" aşdı - FOTO

16 июля 2017 12:26

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzində, A.Hüseynov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində iki avtomaşın toqquşub.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, Salyan şəhər sakininin idarə etdiyi "Mercedes-C" markalı avtomaşınla Neftçala rayon sakininin idarə etdiyi "Niva"nın toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yolun kənarındakı suötürücüsünə düşüb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlar istismara yararsız hala düşüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.