27 yaşlı oğlanı avtomobil vurub

Day.Az представляет новость на азербайджанском языке

Yolu keçmək istəyən Tovuz sakinin avtomobil vurub.

Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini, 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, N. Musayevi yoldan keçən zaman avtomobil vurub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.