Bakıda ikimərtəbəli kafe yanıb

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 100 m2 olan ikimərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.