Hindistanda avtobus dərəyə aşıb - 16 ölü, 30 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Hindistanda zəvvarları daşıyan avtobus dərəyə aşıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtobusun dərəyə aşması nəticəsində 16 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Məlumata əsasən, qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib.

 

Qeyd edək ki, Hindistanda bir il ərzində yol qəzaları qurbanlarının sayl 150 minə yaxın təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.