Türkiyə təyyarəsi təcili eniş etdi, sərnişinin ürəyi tutdu

16 июля 2017 18:30

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə Qahirə şəhərinin hava limanına təcili eniş edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təcili enişə səbəb sərnişinlərdən birində ürək tutması olub.

 

Məlumata əsasən, urəyi tutan sərnişin Stambuldan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçurmuş. Təyyarə eniş etdikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.