Sürücülərin diqqətinə! - VİDEO

16 июля 2017 20:39

Day.Az представляет новость на азербайджанском языке

İsti yay günlərində bəzi sürücülər avtomobil sərin qalsın deyə kondisioner işlək vəziyyətdə avtomobili park edirlər.

Səbəb kimi isə bunu isti havalarla əlaqələndirilər.

Milli.Az bildirir ki, ekspertlər isə bunun "Yol hərəkəti haqqında" qanunlara zidd olduğunu deyirlər.

Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.

 

Avtomobilin kondisioneri işlək halda uzun müddət parklanmış vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.

Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin diqqətinə!