Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan azərbaycanlı rəssam - VİDEO

16 июля 2017 20:40

Day.Az представляет новость на азербайджанском языке

Gəncənin qədim məhəllərindən birindəki evində illərdir sənəti ilə baş-başa qalan Faiq Abdullayev Bakıda və Sankt-Peterburqda peşəkar rəssamlıq təhsili alıb.

Rəngkarlıq və boyakarlığın ən böyük ustadlarının sənətini mənimsəyib. Odur ki, özü də sensasiya sayıla biləcək işlər yaradır.

Milli.Az bildirir ki, qocaman rəssam daim araşdırmalara meyl etdiyindən bəzi vacib tarixi faktları da aşkara çıxarıb. Məsələn, müəyyən edib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə simaca yanlış tanıyırlar.

Onun yaradıcılığı ilə bağlı başqa bir maraqlı məqam isə tablolarından birinin İngəltərənin keçmiş baş naziri Marqaret Tetçerin şəxsi arxivində saxlanmasıdır. O,1992 ildə Bakıya gələndə Azərbaycan sənətkərlarının əl işləri ilə maraqlanıb. Britaniyaya qayıdanda Bakıdan aldığı Faiq Abdullayevin müəllifi olduğu rəsm əsərini özü ilə götürüb və həmin əsəri şəxsi kolleksiyasına daxil edib.

Faiq Abdullayev gənclikdə rəssamlıqla maraqlanarkən həm də vokal sənətinə maraq göstərib. Bu sahə üzrə təhsil almasa da səsi həmişə rəğbət görüb. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan rəssam