Bakı yollarında TƏHLÜKƏLİ avtobuslar - VİDEO

17 июля 2017 00:00

Day.Az представляет новость на азербайджанском языке

Avtobusun içərisindən yolun asfalt hissəsi görünür... Sərnişin daşıyan avtobusun döşəməsinin bir hissəsi qırılaraq yararsız vəziyyətə düşüb.

Milli.Az bildirir ki, söhbət 199 nömrəli avtobusdan gedir. Döşəmənin sınması sərnişinlər üçün hər an təhlükə yarada bilər. Xüsusən də azyaşlı uşaqlar üçün.

Sürücü isə problemdən xəttə mçıxandan sonra xəbərdar olduğunu deyir. Onun sözlərinə görə, döşəməni sərnişinlər bu gun qırıb. Amma görüntülər dünən şikayət tərəfindən daxil olub.

199 nömrəli marşrut xəttinin daşıyıcısı Abdulla Babayev də problemin səbəbini sərnişinlərdə görür. Lakin bu əsas vermir ki, sərnişin həyatı üçün təhlükəli bir vəziyyətdə hansısa ictimai nəqliyyat vasitəsi xidmət göstərsin.

 

Abdulla Babayev həmçinin onu da bildirdi ki, yaxın vaxtlarda döşəməsi yamaq -yamaq olan bu avtobusların hamısı xətdən çıxarılacaq. Bunun üçün artıq 75 ədəd yeni avtobus sifariş verilib.

Ekspertlər isə bildirir ki, avtobusu bu formada idarə edən sürücüləri 50 manat cərimə gözləyir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İstismara yararsız avtobusla sərnişin daşınır