Toylarda deyilən meyxanalarda narkomaniya təbliğ edilir - VİDEO

17 июля 2017 00:02

Day.Az представляет новость на азербайджанском языке

Son vaxtlar toylarda meyxana məclisləri dəbə minib. Bu məclislərdə isə bəzən elə sözlər deyilir ki, gənclərə, xüsusilə də yeniyetmələrə psixoloji təsir edir.

Milli.Az bildirir ki, toylarda deyilən sözlərin arasında ən çox istifadə edilənlər isə zərərli vərdişlərlə bağlı olanlardır. Hətta bəzi meyxanalarda narkomaniya açıq aşkar təbliğ edilir.

Məsələ ilə bağlı bir neçə meyxanaçı ilə əlaqə saxladıq. Bəziləri toya gəlirdi, bəzilərinin vaxtı olmadı, bir neçə söz ustadı isə sadəcə bu mövzu ilə əlaqədar heç nə demək istəmədilər. Meyxanaçı kimi Rüfət Nasosnu adı ilə tanınan Rüfət Kərimov deyir ki, bu mövzu təlabatdan asılıdır. Yəni məclis sahibləri bəzən özləri məhz belə sözlərin deyilməsini tələb edirlər.

Şair deyir ki, etik normalardan kənar sözlər işlətməzdən əvvəl məclisdəkilərdən xahiş olunur ki, çəkiliş olmasın. Lakin mobil telefonlarla çəkilib sosial şəbəkələrdə paylaşılır. Dinləyici və baxış sayı isə kifayət qədər çox olur. Meyxanaçı İntiqam Rəhimov isə hesab edir ki, bu kimi sözlər meyxanaya xələl gətirir.

 

Meyxanaçılar gənclərə belə vərdişlərdən uzaq olmağı və zərərli vərdişlərin təsirindən bəhs edilən meyxanalara çox da qulaq asmamağı tövsiyə edirlər. Sözsüz ki, bununla iş bitmir. Çünki psixoloqlar iddia edirlər ki, keçid dövrünü yaşayan yeniyetmələrə ən böyük təsir vasitələri musiqilər, şeirlər və meyxanalardır. Bütün bunları nəzərər alsaq, o zaman söz ustadlarının daha diqqətli olması məqsədəuyğundur.

Meyxananı folklarumuzun bir qolu kimi qoruyub saxlamaq üçün, bu sənəti zərərli vərdişlərin təbliğat maşınına çevirmək olmaz! /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Toylarda deyilən meyxanalarda narkomaniya təbliğ edilir