Azərbaycanda sərnişin avtobusu aşıb - yaralılar var - YENİLƏNİB - VİDEO

17 июля 2017 19:50

Day.Az представляет новость на азербайджанском языке

----------
19:50

Siyəzən rayonunda ağr yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən "Mercedes" markalı mikrotavtobus aşıb.

Müxtəlif xəsarətlər alan rayon sakinləri Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. 

Yaralılardan 29 yaşlı Cavid Əmirova qapalı kəllə-beyin travması, 25 yaşlı Elçin Balabəyova isə sağ budun yuxarı hissəsinin 3-də birinin əzilməsi diaqnozu qoyulub.

----------
07:33

Siyəzən rayonunda ağr yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib. 

Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.

Baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Yaralanan şəxslərin bəzilərinin adları:

Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.