Bakıda liftdə qalmış 8 nəfər xilas edilib

17 июля 2017 08:39

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 8 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

 

Əməliyyat saat 00:37-da başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.