Suraxanıda "Daewoo", Sabunçuda "Mercedes" yanıb

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.