Bakıda Təcili Tibbi Yardım maşını yanıb, içində xəstə və həkimlər olub - VİDEO - FOTOLAR

17 июля 2017 09:43

Day.Az представляет новость на азербайджанском языке

Sabunçu rayonunda yanğın baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib. Təcili Tibbi Yardım maşını yanıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, zərərçəkən yoxdur.

XXX

12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşını yanıb.

Day.Az report.az-a istinadən bildirir ki, yanğın başlayan zaman maşının içində xəstə və həkimlər olublar. Onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda Təcili Tibbi Yardım maşını yanıb, içində xəstə və həkimlər olub