Dollar 10 ayın ən aşağı səviyyələri yaxınlığında

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Dolları, ötən cümə günü açıqlanmış aşağı inflyasiya və pərakəndə satış göstəricilərilə əlaqədar olaraq 10 ayın aşağı səviyyələrinə yaxındır. Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb.

"Marja" xəbər verir ki, Dollar İndeksi, Maydan bu yana görülən ən pis həftəsini qeyd edib. İndi investorlar Fed-in faiz artırımı prosesinə dair məlumatlar üçün bu həftəki ABŞ-da statistik göstəricilərin açıqlanmasını gözləyəirlər.

Analitiklər bildirirlər ki, ABŞ-da inflyasiya zəifliyini davam etdirir, PCE deflyatoru və  maaş göstəriciləri Fed-in faiz artırımı prosesi üçün yaxından təqib ediləcəkdir. Hazırda bazarlar get-gedə daha çox bədbinliyə qapılır.

ABŞ Dollarının on mühüm valyuta qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi bu gün səhər 1173.45 bənd olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.