Martin Landau vəfat edib

17 июля 2017 10:06

Day.Az представляет новость на азербайджанском языке

Amerikalı məşhur aktyor Martin Landau vəfat edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, Oskar mükafatı laureatı Los-Ancelesdə, müalicə aldığı Kaliforniya universitetinin tibbi mərkəzində ölüb.

89 yaşlı M. Landau 1960-70-ci illərdə çəkildiyi "Missiya yerinə yetirilə bilməz", "Kosmos 1999" seriallarına görə məşhurlaşıb. 1994-cü ildə "Ed Vud" filmindəki roluna görə M. Landau ən yaxşı ikinci dərəcəli aktyor kimi Oskar mükafatına layıq görülüb. 2 dəfə (1968 və 1988-ci illərdə) "Qızıl Qlobus" qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.