Mərkəzi Bank 200 milyon manatlıq notlar buraxır

17 июля 2017 10:08

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Bank dövrüyyədəki manat kütləsini tənzimləmək üçün 200 milyon manatlıq notlar buraxır.

"Marja" xəbər verir ki, 14 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 2,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100258S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.