Hava limanı yolunda ağır qəza: Ölənlər var

Day.Az представляет новость на азербайджанском языке

----------
10:46

Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

SalamNews xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hava limanı istiqamətində hərkət edən Dewoo və Volkswagen Passat markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər vaz 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin Dewoo markalı avtomobildə olan sürücü və sərnişin ölüb. Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

----------
10:25

Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar təcili tibbi yardım stansiyasına 08:20-də çağırış olub.

Hadisə nəticəsində 2 nəfər ölüb.

Qəza səbəbindən yolda tıxac yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.