Ərdoğanı qoruyan F16-nın pilotu Mete kimdir? - FOTOLAR

17 июля 2017 10:43

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın hava mühafizəsini boynuna götürən və onun təyyarəsinə nəzarət edən qrupun rəhbəri FETÖ əməliyyatı çərçivəsində bir müddət vəzifəsindən uzaqlaşdırılan Hava Qoşunlarının polkovniki Mete Kuşdur.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, prezidentin səyahətlər zamanı olduğu təyyarənin təhlükəsizliyinə nəzarət edən pilot, polkovnik Mete Kuş "Dünya Pilotlar Günü"ndə Ərdoğan tərəfindən qəbul edilib.

Qeyd edək ki, 15 İyul günü prezidentin Ankaradan İstanbul səyahətinə F-16 ilə nəzarət edən Kuşa prezident Ərdoğan təyyarəsinin içindən əl yelləyərək salam verərək yanındakılara "Bu bizim Mete" demişdi. Prezidentin salamından sonra Mete Kuş da F-16 ilə prezidentin olduğu təyyarənin qanadına qədər yaxınlaşaraq bu salama cavab vermişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.