Şəmkirdə ağır qəza: Ölənlər var

17 июля 2017 11:15

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Üçtəpəyə gedən yolda "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2107"ni idarə edən 30 yaşlı Bəhlul Nağıyevlə sərnişini, 55 yaşlı Arifə Rüstəmova vəfat edib. Daha iki nəfər isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.