Şəbnəm Tovuzlu dəhşətli qəzaya uğradı: vəziyyəti orta ağırdır

Day.Az представляет новость на азербайджанском языке

Day.Az big.az-a istinadən xəbər verir ki, bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.