Bakıda gənc ofisiantın rekord qıran - VİDEOSU yayıldı
Day.Az представляет новость на азербайджанском языке
Sosial şəbəkələrdə daha bir gəncin maraqlı videosu yayılıb.
Day.Az ölkə.az-a istinadən xəbər verir ki, Vüsal adlı ofisiant mərhum sənətkar, xalq artisti Məmmədbağır Bağırzadənin repertuarından "Xatırlayarsan" mahnısını ifa edib. Gəncin ifası iki günə 3 minə qədər baxış sayı əldə edib. Ofisiantın ifasını bəyənənlərlə yanaşı, M.Bağırzadə kimi sənətkarın möhür vurduğu ifanı səsləndirməməyi məsləhət görənlər də olub.
Qeyd edək ki, təxminən bir ay öncə Pərvin Səfərov adlı çobanın sosial şəbəkədə paylaşdığı video böyük marağa səbəb olmuşdu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре