Məşhur idmançımız gecə klubunda qızı döyməsi xəbərindən - DANIŞDI

17 июля 2017 11:24

Day.Az представляет новость на азербайджанском языке

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava salmağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Day.Az bildirir ki, məşhur idmançı ölkə.az-a açıqlamasında xəbəri təkzib edib:

"Gecə klubunda dava salmamışam. Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur".

Qeyd edək ki, Yenicag.az-ın yaydığı xəbərə görə, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin "26 land" gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.