32 bankir barəsində 19 cinayəti işi məhkəməyə göndərildi

Day.Az представляет новость на азербайджанском языке

"Bank sahəsində 32 şəxs barəsində 19 cinayəti işi istintaq edilərək məhkəmələrə göndərilib".

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
 
K. Əliyev qeyd edib ki, təhsil sahəsində 12 şəxs barəsində 10 cinayət işi, tikinti sahəsində 5 şəxs barəsində 4 cinayət işi, Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin 5 əməkdaşı barədə 3 cinayət işi, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4 cinayət işi istintaq edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.