Azərbaycanda neft emalı sahəsinin modernləşdirilməsi benzinin keyfiyyətini artıracaq

17 июля 2017 11:32

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanın neft emalı sahəsinin modernləşdirilməsi istehsal edilən benzinin keyfiyyətini artıracaq".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın neft emalı üzrə vitse-prezidenti Davud Məmmədov AzTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istehsal edilən benzin Avro-2 standartlarına cavab verir.

D.Məmmədov deyib: "MDB ölkələrində yalnız bizdə hələ belə benzin istehsal edilir. Başqaları artıq neft emalı sahəsində müəyyən işlər görüblər və benzinin keyfiyyətini artırıblar. Biz ilk növbədə diqqəti dizelin keyfiyyətinin artırılmasına yönəltmişik və hazırda dizelimiz Avro-4 standartlarına cavab verir.

SOCAR-ın neft emalı üzrə vitse-prezidenti qeyd edib ki, benzinin aşağı keyfiyyətinin ekologiya və insanların səhhətinə pis təsir etdiyini vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.