Venesuelada referendumun nəticəsi: Xalq prezidentin istefasını istəyir

Day.Az представляет новость на азербайджанском языке

"Venesuela müxalifətinin tələbi ilə keçirilən referendumun nəticələri göstərdi ki, xalq hazırkı prezident Nikolas Maduronun istefasını istəyir".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkədə keçirilən referendumdan sonra Milli Assambleyanın (Parlament) sədri Xulio Borxis bəyan edib.

Qeyd edək ki, hazırkı prezident 2013-cü ildə 7,58 milyon səs toplamaqla bu posta seçilmişdir, lakin müxalifət bu nəticələrin doğruluğunu qəbul etmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.