Nişanlısı məhəllədə şort geydiyi üçün qızı döydülər

Day.Az представляет новость на азербайджанском языке

İstanbulun Sarıyer rayonunda quldurlar nişanlısı şort geydiyi üçün bir gənc qızı və ailəsini döyərək xəstəxanalıq ediblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, evlərinin qarşısında nişanlısı ilə oturan Büşra D. nişanlısı evinə getdikdən sonra qohumlarının hücumuna məruz qalıb. Nişanlısının şort geyməsi ilə məhəllənin əxlaqını pozduğunu söyləyərək Büşra D.-nı döyən 4 şübhəli Mehmet D., Musa D., İsa D. və İsmail D. qızlarına köməyə qaçan valideyinlərini də xəstəxanalıq ediblər.

Polislər ailənin şikayətindən sonra 4 cinayətkarı tutsa da, ifadələri alınıb, sərbəst buraxılıblar. Təcavüzkarların sərbəst buraxılmasına üsyan edən Büşra D. və ailəsi isə "Qadının şort geyməsini ədəbsizlik olaraq görənlər artıq kişilərin geyiminə də qarışır. Bunlara göz yumulmamalıdır" deyərək yaşananlara sərt reaksiya göstəriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.