Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib - FOTOLAR

17 июля 2017 12:26

Day.Az представляет новость на азербайджанском языке

Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən ağır silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması ilə bağlı Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti (NRW) tərəfindən iyulun 16-da Bielefeld şəhərinin mərkəzi küçəsi Jahnplatzda mitinq keçirilib. Füzuli rayonunun Alıxanlı kənd sakini Zəhra və Xocalı şəhidləri anılıb. Təcavüzkar Ermənistan dünya ictimaiyyətinə bir daha ifşa edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, mitinqdə Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.