Azərbaycanlı aktrisa bahalı avtomobilini harada gizlədir?

Day.Az представляет новость на азербайджанском языке

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova haqqında yayılan şayiələrdən danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa həmkarlarının onun barəsində yaydığı bir şayiədən hətta şoka düşdüyünü də bildirib:

"Mənim avtomobilim yoxdur. Bu yaxınlarda bir nəfər mənə dedi ki, özünə bahalı avtomobil almısan, amma bizdən gizlədirsən. Məəttəl qaldım ki, nə avtomobil? Sən demə, aktyorlardan biri sənət dostuma deyib ki, Günel özünə bahalı maşın alıb, amma iş yoldaşlarından gizlədir. Guya mən hər gün o maşını teatrdan bir qədər kənarda yerləşən avtoparkda saxlayıram ki, heç kim bunu görməsin. Sözün düzü, xəbərdən şoka düşdüm, həm də əsəbiləşdim. Bu sözü başqaları danışsaydı bəlkə də fikir verməzdim, amma öz həmkarımın belə yalan uydurması məni hövsələdən çıxartdı".

Aktrisa insanların həmişə arxada danışdıqlarını və buna görə də çox vaxt həmin şayiələrin ona gəlib çatmadığını da dedi:

"Məndə bir xasiyyət var, heç vaxt imkan vermərəm ki, yanımda kimsə kiminsə haqqında dedi-qodu etsin, ya da barəmdə danışılanları mənə desinlər. Bunu yaxın dostlarım da bilir. Ona görə də haqqımda yayılan şayiələr çox vaxt özümə gəlib çatmır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.