Dəhşətli qəza keçirtdiyi deyilən Şəbnəm Tovuzlunun son durumu

Day.Az представляет новость на азербайджанском языке

Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var.

Müğənninin vəziyyəti qənaətbəxşdir. Bunu Yenicag.az-a açıqlamasında müğənninin xalası qızı Aytac deyib: "Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb".

Big.az-ın xəbərinə görə müğənninin idarə etdiyi "Mercedes Viano" maşını qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.