Əlində qılınc Təzəpir məscidinə basqın edən şəxsdən xəbər var

Day.Az представляет новость на азербайджанском языке

İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.