Türkiyədə partlayış: 17 yaralı

17 июля 2017 14:16

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə partlayış olub.

Milli.Az DHA-ya istinadla bildirir ki, Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalındakı Ovaiçi kəndinin yaxınlığında partlayış baş verib.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Ölən və yaralanların olması barədə məlumat yoxdur.

XXX

Milli.Az "Haberler"ə istinadla bildirir ki, bomba yoldan hərbi avtomobilin keçdiyi zaman partladılıb.

Türkiyə Silahlı Qüvvələrindən ( TSK ) verilən məlumata görə, 4 nəfərin vəziyyəti ağır olmaqla, 17 əsgər yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.