Daxili orqanında heroin keçirmək istədi

17 июля 2017 14:33

Day.Az представляет новость на азербайджанском языке

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.