Ekspertlər: "Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatı xüsusi əhəmiyyətə malikdir"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan formatları faydalıdır."

Day.Az bildirir ki, bunu SalamNews-a Milli Məclisin deputatı Rasim Musabəyov bu həftə Bakıda keçiriləck Azərbaycan-Türkiyə-Türmənistan XİN rəhbərlərinin görüşü ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, hər bir halda dövlətlərin maraqları üst-üstə düşə bilər: "Belə görüşün keçirilməsi müsbət haldır. Hər hansı ciddi bir nəticə gözləmirəm, lakin Türkiyə də Türkmənistan qazının Azərbaycanın "Cənub Qaz Dəhlizi"nə cəlb edilməsində maraqlıdır. Bu məsələlər də müzakirə mövzusu ola bilər. Üçtərəfli formatlar müsbətdir."

Politoloq Qabil Hüseynli deyib ki, son vaxtlar Azərbaycan ilə Türkmənistanın münasibətlərində ciddi irəliləyişlər olub: "Azərbaycan ilə Türkmənistan arasında tam ikili münasibətlər bərpa edilib.

Bundan başqa, Azərbaycan ilə Türkmənistan arasında mübahisəli "Sərdar" yatağı danışıqlar prosesi başlayıb. Azərbaycan tərəfi bu mübahisəli ərazinin birgə istismarını təklif edir. Türkmənistan bu əraziyə tam iddia irəli sürürdüsə, son zamanlar kompromis variantlarının axtarılıb tapılmasını təklif edir. Bu isə belə düşünməyə əsas verir ki, Azərbaycan ilə Türkmənistan dənizin mübahisəli hissəsinin neft-qaz hissəsinin bölünməsinə dair kompromis əldə edə bilər.

Türkmənistan qazının Xəzərin dibi ilə "Cənub Qaz Dəhlizi"nə qoşulması istiqamətində həm ABŞ, həm də Türkiyə tərəfindən cəhdlər edilir. Türkmənistanda qaz ehtiyatları daha boldur; o, bu layihəyə qoşulsa, "Cənub Qaz Dəhlizi" axını Avropa üçün prioritet sayıla biləcək qaz layihələrindən birinə çevrilə bilər.

Bir sözlə, Azərbaycan-Türmənistan əməkdaşlığının inkişaf etdilməsi həm türk dünyasının hədəfləri baxımından, həm də ikili münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyətə malik olardı."

Bildirək ki, iyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.