Azərbaycanda canavarlar kəndə hücum etdi

17 июля 2017 16:46

Day.Az представляет новость на азербайджанском языке

Ağstafa rayonunda canavarlar kəndə hücum edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində baş verib. Gecə saatlarında kəndə daxil olan yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Camal Vəliyevin bildirib ki, qoyunlardan 15-i ölüb, 14-nə isə yırtıcılar xəsarət yetirib.
 
Kənd sakinləri bildirib ki, canavarlar kəndə əvvəllər də hücum ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.