Türkiyədə polis canlı yayımda intihar edəcəyini bildirən gənci xilas etdi - FOTOLAR

17 июля 2017 16:48

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Bilecik bölgəsində depressiyada olan 25 yaşlı gənc sosial media hesabında intihar edəcəyini bildirib. Bu xəbərdən sonra onun yaşadığı evə gələn polislər oğlanı kəmərindən asılmış halda taparaq xilas edib. 

Oxu.аz haberler.com-a istinadən xəbər verir ki, özünü asmağa cəhd edən gəncin adı Halil Can A.-dır.

Gəncin yaşadığını görən polislər təcili tibbi yardım briqadası çağırıblar. Hazırda intihara cəhd edən şəxs üçün həyati təhlükə yoxdur.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.